Azərbaycanın 50 yaşlı məşhur boksçusu yenidən rinqə çıxacaq

Azərbaycanın 50 yaşlı məşhur boksçusu yenidən rinqə çıxacaq

Azərbaycanın peşəkar boksçusu Əli İsmayılov MDB ölkələri kəməri uğrunda revanş döyüşünə çıxacaq.

Mediasport.az xəbər verir ki, veteran idmançı kəmər uğrunda ilk görüşdə məğlub etdiyi dağıstanlı boksçu Rəsul İbrahimovla yenidən qarşılaşacaq.

50 yaşlı boksçu bu ilin iyun ayında Moskva şəhərində təşkil olunmuş boks gecəsində qalib gələrək ilk dəfə Azərbaycana MDB kəmərini gətirib.

Xatırladaq ki, Əli İsmayılov Azərbaycanın boks millisinin heyətində 81 kq çəki dərəcəsində çıxış edib.

O, 1999-cu ildə ABŞ-də dünya çempionatında, 2000-ci ildə isə Finlandiyada Avropa çempionatında bürünc medal qazanıb.