Fəridə Əzizova ilk döyüşdəcə uduzdu, Eltac 1/4 finalda - Avropa Oyunları

Fəridə Əzizova ilk döyüşdəcə uduzdu, Eltac 1/4 finalda -  Avropa Oyunları

Qadınlardan ibarət taekvondo yığmamızın liderlərindən Fəridə Əzizova Polşada keçirilən III Avropa Oyunlarının startında məğlub olub.

MediaSport.az xəbər verir ki, 67 kq çəki dərəcəsində çıxış edən əsas medal ümidlərimizdən biri 1/8 final mərhələsində Mitsopoulo Atanasiyaya (Yunanıstan) 1:2 hesabı ilə uduzub.

Rəqibi finala yüksəlsə, Fəridə medal uğrunda döyüşü çıxacaq.

74 kq-dakı təmsilçimiz Eltac Qafarovun rəqibi Lukaş Çudnoç (Polşa) zədə səbəbindən qarşılaşmaya çıxmadığı üçün idmançımız birbaşa 1/4 finala vəsiqə qazanıb.