Zona birinciliyi start götürüb
Yeniyetmə həndbolçu oğlanlar arasında Azərbaycan birinciliyinin zona yarışına start verilib.
Mediasport.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Həndbol Federasiyasının birgə təşkilatçılığı ilə Lənkəran Olimpiya İdman Kompleksində keçirilən çempionatda 2008-ci il və ondan kiçik təvəllüdlülər mübarizə aparırlar.
Turnirdə Cəlilabad, Masallı, Yardımlı, Lerik, Lənkəran və Astaradan olan komandalar qüvvələrini sınayırlar. İlk oyun günündə iki qrup üzrə keçirilən 6 görüşdə qeydə alınan nəticələr belədir: “Lənkəran” - “Astara” 8:1, “Cəlilabad” - “Masallı” 17:1, “Astara” - “Lerik” 4:4, “Cəlilabad” - “Yardımlı” 16:1, “Masallı” - “Yardımlı” 10:2, “Lənkəran” - “Lerik” 12:7.
Reqlamentə əsasən, 1-ci və 2-ci yerlərin sahibləri iyunda Bakıda keçiriləcək Azərbaycan birinciliyinin final mərhələsində iştirak etmək hüququ qazanacaqlar.