Güləş üzrə dünya çempionatı: Jalə Əliyeva "qızıl"ın bir addımlığında
Albaniyanın paytaxtı Tiranada güləş üzrə 23 yaşadək idmançıların dünya çempionatı davam edir.
Mediasport.az xəbər verir ki, dünya çempionu Jalə Əliyeva (57 kq) 2-ci dəfə bu titula yiyələnməyə çalışacaq.
O, finalda yaponiyalı Ruka Natami ilə qarşılaşacaq.
Xatırladaq ki, buna qədər oğlanların mübarizəsində yunan-Roma güləşçilərimizdən Rəşad Məmmədov (55 kq) gümüş, Nihat Quluzadə (60 kq) ilə Xasay Həsənli (77 kq) bürünc medal qazanıb.