Azərbaycan Boks Federasiyasından 100 illiklə bağlı xüsusi loqo - VİDEO

Azərbaycan Boks Federasiyasından 100 illiklə bağlı xüsusi loqo - VİDEO

Azərbaycan Boks Federasiyasının (ABF) 100 illiyi ilə bağlı xüsusi loqo hazırlanıb.

Mediasport.az xəbər verir ki, loqoda sonsuzluq işarəsi, ölkəmizdə boksun yüksələn xətlə inkişafı, gələcək uğurların qarşıda olması əksini tapıb.

Bir neçə variantda hazırlanan loqoda rənglər də öz ahəngliyini qoruyub. Əsas istifadə olunacaq qızılı rəng isə qələbələrimizi tərənnüm edir.