Azərbaycan çempionu Çempionlar Liqasında finala yüksəldi

Azərbaycan çempionu Çempionlar Liqasında finala yüksəldi

Miniutbol üzrə Çempionlar Liqasında mübarizə aparan "Birbaşa Bakı" finala yüksəlib.

Mediasport.az xəbər verir ki, Azərbaycan çempionu yarımfinalda "Andezit"i (Ukrayna) mübarizədən kənarlaşdırıb.

Təmsilçimiz finalda "Brno" (Çexiya) ilə qarşılaşacaq.

Oyun bu gün 19:00-da start götürəcək.

Xatırladaq ki, digər təmsilçimiz "Aznur" "Birbaşa Bakı"ya uduzmaqla mübarizəni dayandırıb.

Minifutbol üzrə Çempionlar Liqası. Yarımfinal

8 sentyabr

"Birbaşa Bakı" - "Andezit" (Ukrayna) 1:1 (penaltilər seriyası - 4:3)