"Zirə"nin yubiley qələbəsi darmadağınla rəsmiləşib

  "Zirə"nin yubiley qələbəsi darmadağınla rəsmiləşib

Minifutbol üzrə Azərbaycan çempionatında 15-ci turun oyunları davam edir.

Mediasport.az xəbər verir ki, birinci oyun günündə 4 qarşılaşma baş tutub.

Yarışın birincisi "Zirə" autsayderlər zonasında qərarlaşan "Atəşgah Suraxanı"nı darmadağın edib. Nəticədə, onlar ardıcıl 15-ci qələbələrini qazanıblar.

"Odlar Yurdu" - "Dinamo Gəncə" matçında qapılara ümumilikdə 12 qol vurulub. "Sumqayıt" - "Dirçəliş" duelində isə qalib müəyyənləşməyib.

Turun "Turan" - "Aznur", "Galaxy Baku" - "Abşeron", "Veteran" - "Birbaşa Bakı", "İnter" - "Siyəzən" oyunları bu gün keçiriləcək.

Azərbaycan çempionatı. 15-ci tur

"Sumqayıt" - "Dirçəliş” 2:2

"Odlar Yurdu" - "Dinamo Gəncə” 8:4

"Zirə" - "Atəşgah Suraxanı” 6:1

"Real Bakı" - "Baku Fire” 6:2

27 mart

19:15 "Turan" - "Aznur"

20:30 "Galaxy Baku" - "Abşeron"

21:45 "Veteran" - "Birbaşa Bakı"

23:00 "İnter" - "Siyəzən"