Ölkə birinciliyində ilk dəfə 12 komanda - Birinci Liqada 20 komanda
Kişi voleybolçular arasında Azərbaycan çempionatının 2022/2023-cü illər mövsümü üzrə I Liqa yarışlarının püşkatma mərasimi keçirilib.
mediasport.az xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasında (AVF) təşkil olunan püşkatma mərasimində ölkə yarışları üzrə koordinator Oqtay Musayev, I Liqa üzrə məsul şəxslər Dmitri Məmmədyarov, Rza İmanov və birincilik uğrunda mübarizə aparacaq komandaların nümayədələri iştirak ediblər.
Yeni mövsümdə I Liqada 20 komanda çıxış edəcək. 12 komanda bu il ilk dəfə ölkə birinciliyində mübarizə aparacaq. Reqlamentə əsasən, I Liqa yarışlarında iştirak edəcək yeni komandalar təsnifat mərhələsindən mübarizəyə başlayacaq və qaliblər növbəti mərhələyə yüksələcək. Burada komandalar 2 qrupda, 2 dövrədən ibarət olmaqla mübarizə aparacaq, qalib pley-off mərhələsində müəyyən olunacaq.
Təsnifat mərhələsində iştirak edəcək komandalar:
A qrupu: “Fuar”, RSC, 7№ İOEUGİM, “Azəri-44”, “Sumqayıt”, “Azəri-2”,
B qrupu: “Şəki”, “Delta”, “Azəri-1”, “Aura”, “Kapitalist”, Xətai “Şahinlər”.
Əsas mərhələdə birbaşa yarışacaq komandalar:
A qrupu: “Hərbi İnstitut”, Murov-2”, “Ekspress”, “Xarı bülbül”,
B qrupu: “Təhsil”, “Ryuqa”, “Masallı”, “Kontakt”