"Neftçi"və MOİK xalsız qaldı

"Neftçi"və MOİK xalsız qaldı

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında ilk turun daha bir görüşü keçirilib.

mediasport.az xəbər verir ki, “Murov” “Neftçi” ilə üz-üzə gəlib. Voleybol Mərkəzində təşkil olunan qarşılaşmaya üstün başlayan “ağ-qaralar” ilk setdə 25:20 hesabı ilə qalib gəlib. İkinci hissədən təşəbbüsü ələ alan “Murov” yekunda qələbəyə sevinib - 3:1 (20:25; 25:15, 25:17, 25:14).

Bununla da ilk turdan sonra aktivinə 3 xal yazdıran “Xarı bülbül” və “Murov” turnir cədvəlində 1-ci və 2-ci pilləni tuturlar. “Neftçi” və MOİK isə turu xalsız başa vurub.