Hacıyev Avropa çempionatında
Azərbaycanın beynəlxalq dərəcəli hakimi Zaur Hacıyev Avropa Voleybol Konfederasiyasından yeni təyinat alıb.
Mediasport.az xəbər verir ki, o, 18 yaşlı oğlanlar arasında (U-18) Avropa çempionatının final mərhələsinin matçlarında əsas söz sahibi olacaq.
Final mərhələsi iyulun 10-21-də Bolqarıstanın Sofiya və Plovdiv şəhərlərində keçiriləcək.