Avropa çempionatında final: İngiltərə - İspaniya dueli olacaq

Avropa çempionatında final: İngiltərə - İspaniya dueli olacaq

Almaniyanın ev sahibliyi etdiyi futbol üzrə 17-ci Avropa çempionatı başa çatmaq üzrədir.

Mediasport.az xəbər verir ki, qitə birinciliyinin ikinci finalçısının kimliyinə aydınlıq gətirilib.

Niderland və İngiltərə yığmalarının müəyyənləşdirdiyi qalib finalda İspaniya millisi ilə qarşılaşacaq.

Pireneylilər dünən reallaşan ilk yarımfinal cütündə Fransa futbolçularından üstün olublar (2:1).

AVRO-2024-ün final görüşü iyulun 14-də keçiriləcək.


Avropa çempionatı. Yarımfinal


Niderland - İngiltərə 1:2

Baş hakim: Feliks Svayer (Almaniya).

Dortmund, "Vestfalenstadion"".