Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq müqaviləsi bağlanıb

Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq müqaviləsi bağlanıb

Azərbaycan və Gürcüstan Voleybol Federasiyaları arasında memorandum imzalanıb.

Mediasport.az xəbər verir ki, sənədi AVF-nin prezidenti Şahin Bağırov və ölkəmizdə səfərdə olan GVF-nin prezidenti Georgi Kartvelişvili imzalayıblar.

Anlaşmada iki ölkənin federasiyaları arasında qarşılıqlı əməkdaşlıq istiqamətində müxtəlif layihələrin həyata keçirilməsi əksini tapıb.

Tədbirdə bildirilib ki, imzalanan sənəd Azərbaycan və Gürcüstan arasında voleybol sahəsində əməkdaşlığın genişləndirilməsinə müsbət təsir göstərəcək.