İlk gündə 8 cüdoçudan yalnız ikisi medal qazanıb - "Böyük Dəbilqə"
Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə "Böyük Dəbilqə" turniri start götürüb.
Mediasport.az xəbər verir ki, ilk gündə Azərbaycanın 8 idmançısı qüvvəsini sınayıb.
Milli üzvlərindən yalnlız ikisi medal qazana bilib.
Kişilər arasında -60 kq. çəkidə Balabəy Ağayev və -66 kq. çəkidə Ruslan Paşayev bürünc medalla kifayətləniblər.
Digər 6 cüdoçumuz mükafatçılar sırasına düşə bilməyib.
Ölkəmiz yarışda 9 çəki dərəsində 11 kişi və 4 qadın cüdoçu ilə təmsil olunur.
Turnir martın 24-dək davam edəcək.