Azərbaycan millisi son Avropa çempionu ilə eyni qrupa düşdü
Sabah 3-də Almaniyanın Düsseldorf şəhərində polo üzrə 14-cü Avropa çempionatı iki qrupda start götürəcək.
Mediasport.az xəbər verir ki, Azərbaycan millisi son Avropa çempionu İtaliya, İspaniya və İsveçrə ilə eyni qrupda (zona A qrupu) mübarizə aparacaq.
Digər qrupda isə (zona B qrupu) İngiltərə, Avstriya, Hollandiya və Almaniya milli komandaları güclərini sınayacaq.
Milli komandamız çempionata ilk oyununu sentyabrın 3-də İspaniya millisinə qarşı keçirəcək.
Qrup daxilində bütün komandalara qarşı keçiriləcək ümumilikdə üç oyundan sonra ilk iki yerə yüksələn komandalar sentyabrın 9-da keçiriləcək yarımfinal oyunlarına vəsiqə qazanacaq.
Çempionatın final oyunu isə sentyabrın 10-da baş tutacaq.