Millilərimiz Düşənbədəki dünya çempionatında iştirak edəcəklər

  Millilərimiz Düşənbədəki dünya çempionatında iştirak edəcəklər

Azərbaycanın gənc oğlanlardan və qızlardan ibarət milli komandaları 2-6 oktyabrda keçiriləcək cüdo üzrə dünya çempionatında iştirak edəcək.

Mediasport.az xəbər verir ki, Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək yarışda 11 çəki dərəsində 9 oğlan və 4 qız cüdoçu ilə təmsil olunacaq.

İdmançılar 2-5 oktyabrda çempionatın fərdi yarışlarında, 6 oktyabrda isə komanda yarışlarında iştirak edəcək.

Pərvanə Abdullayeva, Nigar Süleymanova və Süleyman Əliyev komanda yarışında mübarizəyə qoşulacaqlar.

Cüdoçulara böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov, məşqçi Elnur İsmayılov, gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov və məşqçi Elxan Rəcəbli rəhbərlik edəcək.

Yarışda Azərbaycan Cüdo Federasiyasının "A" kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.

Dünya çempionatında iştirak edəcək Azərbaycan idmançıları

Qızlardan ibarət milli komanda

-48 kq.

Könül Əliyeva

-52 kq.

Xədicə Qədəşova

Aydan Vəliyeva

-57 kq.

Fidan Əlizadə

Oğlanlardan ibarət milli komanda

-60 kq.

Nizami İmranov

-66 kq.

İslam Rəhimov

Məhəmməd Musayev

-73 kq.

Vüsal Qələndərzadə

-81 kq.

Süleyman Şükürov

-90 kq.

Tuncay Şamil

Aslan Kotsoyev

-100 kq.

Əjdər Bağırov

+100 kq.

Kənan Nəsibov