"Olimpiya çempionu olub atamı sevindirmək istəyirəm" - VİDEO
"Ən böyük arzum Olimpiya çempionu olmaqdır. Çempion olub atamı sevindirmək istəyirəm".
Mediasport.az xəbər verir ki, bunu Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək cüdoçu Elcan Hacıyev deyib.
22 yaşlı idmançı Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə açıqlama verib.
Xatırladaq ki, Paris-2024 iyulun 26-dan avqustun 11-dək keçiriləcək.