3 cüdoçumuz Avropa çempionu oldu, 1-i bürünc medal qazandı - FOTOLAR
Portuqaliyanın Odivelas şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatı start götürüb.
MediaSport.az xəbər verir ki, ilk yarış günündə Azərbaycanın 3 idmançısı qızıl, biri bürünc medal qazanıb.
55 kq-da mübarizə aparan Mirxaliq İskəndərov və 50 kq-da Məhəmməd Məmişov bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olublar.
55 kq çəkidə digər təmsilçimiz Əhməd Rüstəmov bürünc medal əldə edib.
Qadınların yarışında 48 kq-da mübarizə aparan Vüsalə Hacıyeva da bütün rəqiblərindən üstün olub.