Braziliyalı futbolçu karyerasını "Zirə"də davam etdirəcək

Braziliyalı futbolçu karyerasını "Zirə"də davam etdirəcək

Yeni mövsüm öncəsi transfer çalışmalarını davam etdirən “Zirə” daha bir futbolçu ilə anlaşıb.

Mediasport.az xəbər verir ki, “Kəpəz”dan ayrılan Junior Martins paytaxt təmsilçisi ilə 3 illik müqvailə bağlayıb.

Qeyd edək ki, 24 yaşlı braziliyalı futbolçu həmçinin karyerası ərzində ölkəsinin ABC, “Palmeyra”, “Maranao”, “Moto-Klub MA” və Litvanın “Babrunqas” klublarında çıxış edib.