"Neftçi" onu yola saldı - RƏSMİ

"Neftçi" onu yola saldı - RƏSMİ

“Neftçi” müdafiəçi Mamadu Mbocla yollarını ayırıb.

mediasport.az xəbər verir ki, 29 yaşlı seneqallı futbolçuyla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

2018-ci ilin dekabrında “Neftçi”yə transfer olunmuş Mboc 5 mövsüm ərzində 94 rəsmi oyunda meydana çıxıb, 9 qol vurub. 2021-ci ildə Azərbaycan çempionu olub.