"Sabah"ın 4 illik müqavilə bağladığı futbolçu komandadan göndərildi
"Sabah"da daha bir ayrılıq reallaşıb.
Klubdan Mediasport.az saytına verilən məlumata görə, masazırlılar Jarl Marqarita ilə də vidalaşıblar.
Niderlandlı yarımmüdafiəçi xorvat baş məşqçi Krunoslav Renduliçin raportu əsasında yola salınıb.
Nizam-intizam problemi yaşayan 24 yaşlı vingerlə qüvvədə olan 4 illik müqaviləyə qarışılıqlı razılıq əsasında xitam verilib.
Xatırladaq ki, Marqarita ötən yay komandaya ölkəsinin 2-ci Liqa klubu "Top Oss"dan transfer edilmişdi.
"Sabah" bugünlərdə Davit Volkov və Kristian Sebalyosla da yollarını ayırıb.