"Cəlilabad" evdə məğlub olub

"Cəlilabad" evdə məğlub olub

Azərbaycan Basketbol Liqasında 10-cu turun daha bir oyunu baş tutub.

Mediasport.az xəbər verir ki, "Cəlilabad" "Sərhədçi" ilə qarşılaşıb.

Görüş paytaxt klubunun qələbəsi yekunlaşıb - 97:92.

Xallarının sayını 13-ə çatdıran "Sərhədçi" turnir cədvəlində 8-ci pilləyə yüksəlib.

Turun əvvəlki matçlarında "Xəzri" "Neftçi"ni (86:84), "NTD-İndiqo" "Sumqayıt"ı (104:95) məğlub edib. "Şəki" - "Xırdalan" və "Gəncə - "Sabah" görüşləri yanvarın 14-də olacaq.