Azərbaycan çempionu avrokubok oyununu bu arenada keçirəcək
"Sabah" basketbol klubunun FİBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti ev oyununun yeri dəyişdirilib.
Mediasport.az xəbər verir ki, Azərbaycan çempionu D qrupunun 6-cı turu çərçivəsində Çexiyanın “Nimburk” klubunu əvvəldən nəzərdə tutulduğu kimi Sərhədçi İdman Olimpiya Mərkəzində qəbul etməyəcək.
Təmsilçimiz çexlərlə Bakı İdman Sarayında qarşılaşacaq. Görüş noyabrın 22-də keçiriləcək.
Matçın məkanının dəyişdirilməsinə səbəb Sərhədçi İdman Olimpiya Mərkəzinin güləş üzrə hərbçilərin dünya çempionatına hazırlaşan idmançıların ixtiyarına verilməsidir.