Olimpiya Təsnifat turniri: Millimiz ilk matçında Çilini məğlub edib

  Olimpiya Təsnifat turniri: Millimiz ilk matçında Çilini məğlub edib

Qadınlardan ibarət 3x3 basketbol millimiz Olimpiya Təsnifat turnirinə start verib.

Mediasport.az xəbər verir ki, Honqkonqda keçirilən yarışda yığmamız ilk görüşdə Çilidən üstün olub.

B qrupu çərçivəsində keçirilən qarşılaşma təmsilçimizin 17:14 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan millisi sabah Monqolustan və Hollandiya yığmaları ilə qarşılaşacaq.