Azərbaycanın fiqurlu konkisürəni Macarıstandakı turnirdə 15-ci oldu

  Azərbaycanın fiqurlu konkisürəni Macarıstandakı turnirdə 15-ci oldu

Azərbaycanlı fiqurlu konkisürən Leyli Axundova Macarıstanda keçirilən "Budapest Trophy Challenger Series" yarışında iştirak edib.

Mediasport.az xəbər verir ki, təmsilçimiz qısa və sərbəst proqram üzrə çıxış edib və 112.11 xal toplayıb.

Beləliklə, Axundova 25 idmançı arasında 15-ci pillədə qərarlaşıb.