"Sabah" son görüşdə Litva çempionuna minimal fərqlə uduzdu

  "Sabah" son görüşdə Litva çempionuna minimal fərqlə uduzdu

Ötən ayın 20-dən Litvada təlim-məşq toplanışında olan "Sabah" Basketbol Klubu sonuncu yoxlama oyununu keçirib.

Mediasport.az xəbər verir ki, təmsilçimiz Vilnüsdə son Litva çempionu "Ritas"a minimal fərqlə məğlub olub - 84:87.

"Bayquşlar" buna qədər Litvanın "Yonava" (68:97) və "Jalgiris" (62:94) klublarına uduzub.

Təmsilçimiz Almaniya klubu "Rostok Sivolfs"a (72:71), həmçinin Litvanın "Majeykyay" (76:57) və "Neptunas" (82:71) komandalarına qalib gəlib.