Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü atıldı - SİYAHI
Futbol üzrə UEFA Çempionlar Liqasında 2023/2024-cü illər mövsümünün I təsnifat mərhələsinin püşkü atılıb.
MediaSport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə 30 kollektiv 15 cütə bölünüb.
I təsnifat mərhələsinin ilk oyunları iyulun 11-12-də, cavab görüşləri isə 18-19-da keçiriləcək.
Çempionlar Liqası. I təsnifat mərhələsi
“Jalgiris” (Litva) - “Struqa” (Şimali Makedoniya)
“Haken” (İsveç) - TNS (Uels)
“Balkani” (Kosovo) - “Ludoqores” (Bolqarıstan)
“Şemrok Rovers” (İrlandiya) - İlkin mərhələnin qalibi
“Klaksvik” (Farer adaları) - “Ferentsvaroş” (Macarıstan)
“Olimpiya” (Sloveniya) - “Valmiera” (Latviya)
HIK (Finlandiya) - “Larne” (Şimali İrlandiya)
“Linkoln” (Cəbəllütariq) - “Qarabağ” (Azərbaycan)
“Rakuv” (Polşa) - “Flora” (Estoniya)
“Slovan” (Slovakiya) - “Svift” (Lüksemburq)
“Farul” (Rumıniya) - “Şerif” (Moldova)
“Hamrun” (Malta) - “Makkabi” (Hayfa, İsrail)
“Urartu” (Ermənistan) - “Zrinski” (Bosniya və Herseqovina)
“Partizani” (Albaniya) - BATE (Belarus)
“Astana” (Qazaxıstan) - “Dinamo” (Tbilisi, Gürcüstan)