Çempionlar Liqasında 2-ci raund: İlk turun qarşılaşmaları yekunlaşıb

Çempionlar Liqasında 2-ci raund: İlk turun qarşılaşmaları yekunlaşıb

Futbol üzrə UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin ilk görüşləri baş tutub.

Mediasport.az xəbər verir ki, ikinci oyun günündə 3, ümumilikdə 14 matç keçirilib.

Mərəhələ keçəcəyi təqdirdə, "Qarabağ"ın potensial rəqibləri olan "Ludoqores" və "Dinamo" cütünün ilk görüşündə birincilər, gözlənildiyi kimi, qalib gəliblər.

Turun cavab görüşləri gələn həftə reallaşacaq.


UEFA Çempionlar Liqası. 2-ci təsnifat mərhələsi. İlk oyunlar


23 iyul

"Bude Qlimt" (Norveç) - RFŞ (Latviya) 4:0

"Panevejis" (Litva) - "Yagelloniya" (Polşa) 0:4

"Linkoln" (Cəbəllütariq) - "QARABAĞ" (AZƏRBAYCAN) 0:2

APOEL (Kipr) - "Petrokub" (Moldova) 1:0

"Malmö" (İsveç) - "Klaksvik" (Farer adaları) 4:1

"Styaua" (Rumıniya) - "Makkabi Təl-Əviv" (İsrail) 1:1

"Dinamo" (Kiyev, Ukrayna) - "Partizan" (Serbiya) 6:2

"Santa Koloma" (Andorra) - "Midtyulland" (Danimarka) 0:3

"Ferensvaroş" (Macarıstan) - TNS (Uels) 5:0

"Luqano" (İsveçrə) - "Fənərbağça" (Türkiyə) 3:4

"Şamrok" (İrlandiya) - "Sparta" (Praqa, Çexiya) 0:2


24 iyul

PAOK (Yunanıstan) - "Boraç" (Bosniya və Herseqovina) 3:2

"Ludoqores" (Bolqarıstan) - "Dinamo" (Minsk, Belarus) 2:0

"Çelye" (Sloveniya) - "Slovan" (Bratislava, Slovakiya) 1:1