Millimiz Albaniyada Avropa birinciliyini 5 medalla başa vurdu

  Millimiz Albaniyada Avropa birinciliyini 5 medalla başa vurdu

Azərbaycanın kiçik yeniyetmə taekvondoçuları Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa birinciliyini 2 qızıl, 2 gümüş və 1 bürünc medalla başa vurublar.

Mediasport.az xəbər verir ki, yığma üzvlərindən Esmanur Azayeva (36 kq) və Dərya Hüseynova (24 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Şahin Abdullayevlə (48 kq) Aliyə Məmmədli (+57 kq) gümüş, Yusif Zeynallı (52 kq) isə bürünc medal əldə edib.