Kərəm Ronaldonun rekordunu qırdı
Türkiyə nəhəngi “Qalatasaray”ın futbolçusu Kərəm Aktüroğlu yeni rekord qırıb.
Mediasport.az xəbər verir ki, İstanbul klubu doğma meydanda Çempionlar Liqasının 5-ci turunda İngiltərənin “Mançester Yunayted” klubu ilə 3-3 bərabərə qalıb.
Sözügedən matçda qol atan Kərəm Aktüroğlu qol vuraraq tarixə düşüb.
O, ulduz futbolçu Kriştiano Ronaldodan sonra Çempionlar Liqasında “Mançester Yunayted”ə həm səfərdə, həm də evdə qol vuran ilk futbolçu olub.
Portuqaliyalı futbolçunun 2012-2013 mövsümündə nail olduğu göstəricini 11 il sonra Kərəm də təkrarlayıb.