Çempionlar Liqasının qrup mərhələsində oynayacaq bütün iştirakçılar müəyyənləşdi - SİYAHI
UEFA Çempionlar Liqasında qrup mərhələsinin pley-off mərhələsinə yekun vurulub.
Mediasport.az xəbər verir ki, ikinci oyun günündə keçirilən 3 cavab qarşılaşması ilə yarışın qrup mərhələsinin bütün iştirakçıları müəyyənləşib.
"Qarabağ"ı II təsnifat mərhələsində mübarizədən kənarlaşdıran "Rakuv" yoluna Avropa Liqasının qruplarında davam edəcək.
Ümumilikdə, “Mançester Siti”, “Mançester Yunayted”, “Arsenal”, “Nyukasl” (hamısı İngiltərə), “Real”, “Sevilya”, “Barselona”, “Atletiko”, “Real Sosyedad” (hamısı İspaniya), “İnter”, “Napoli”, “Milan”, “Latsio” (hamısı İtaliya), “Borussiya” (Dortmund), “Bavariya”, “Leyptsiq”, “Union” (hamısı Almaniya), “Benfika”, “Portu”, “Braqa” (hamısı Portuqaliya), PSJ, “Lans” (hər ikisi Fransa), “Feyenoord” (Niderland), “Şaxtyor” (Donetsk, Ukrayna), “Yanq Boyz” (İsveçrə), “Zalsburq” (Avstriya), “Qalatasaray” (Türkiyə), “Seltik” (Şotlandiya) və “Srvena Zvezda” (Serbiya) 2023/2024-cü illər mövsümündə Çempionlar Liqasının qrupunda oynayacaq.
UEFA Çempionlar Liqası. Pley-off mərhələsi. Cavab oyunları
AEK (Yunanıstan) - "Antverpen" (Belçika) 1:2
Qollar: S.Arauxo, 90 - Q.Kerk, 73, M.Balikvişa, 90+5 .
İlk oyun - 0:1
"Kopenhagen" (Danimarka) - "Rakuv" (Polşa) 1:1
Qollar: D.Vavro, 35 - L.Zvolinski, 87.
İlk oyun - 1:0
PSV (Niderland) - "Reyncers" (Şotlandiya) 5:1
Qollar: İ.Saybari, 35, 53, L.de Yonq, 66 - C.Tavernye, 64, C.Verman, 78, K.Koldson, 82-avtoqol.
İlk oyun - 2:2