Çempionlar Liqasında mövsümün oyunçuları və heyəti müəyyənləşdi

Çempionlar Liqasında mövsümün oyunçuları və heyəti müəyyənləşdi

UEFA Çempionlar Liqasında mövsümün ən yaxşı futbolçuları və rəmzi komandası müəyyənləşib.

Mediasport.az xəbər verir ki, çempion "Real"ın braziliyalı vingeri Vinisius Junyor 10 oyun, 6 qol və 5 məhsuldar ötürmə ilə mövsümün ən yaxşı futbolçusu seçilib.

"Sambaçı"nın komanda yoldaşı Cud Bellingem ən gənc oyunçu ünvanına yiyələnib.

Bu iki ulduzla yanaşı, tarixində 15-ci dəfə kuboku başı üzərinə qaldıran Karlo Ançelottinin komandasından Antonio Rüdigerlə Dani Karvaxal da simvolik heyətə düşüb.

Xatırladaq ki, İspaniya nəhəngi həlledici dueldə Dortmund "Borussiya"sını məğlub edib - 2:0.


Qapıçı:
Qreqor Kobel ("Borussiya" D.);

Müdafiəçilər: Yan Maatsen, Mats Hummels (hər ikisi "Borussiya" D.), Antonio Rüdiger, Dani Karvaxal (hər ikisi "Real" M.);

Yarımmüdafiəçilər: Vitinya (PSJ), Marsel Sabitzer ("Borussiya" D.), Cud Bellingem ("Real" M.);

Hücumçular: Fil Foden ("Mançester Siti") Harri Keyn ("Bavariya"), Vinisius Junyor ("Real" M.).