1/4 final və yarımfinalın püşkü atılıb - UEFA Çempionlar Liqası

1/4 final və yarımfinalın püşkü atılıb - UEFA Çempionlar Liqası

Futbol üzrə UEFA Çempionlar Liqasında 1/4 və 1/2 final mərhələlərinin püşkü atılıb.

Mediasport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə cütlər müəyyənləşib.

1/4 final mərhələsinin oyunları aprelin 9-10-da və 16-17-də, yarımfinalın matçları 30 aprel - 1 may və 7-8 may tarixlərində keçiriləcək.

Final qarşılaşması iyunun 1-də Londonun “Uembli” stadionunda baş tutacaq.


UEFA Çempionlar Liqası. 1/4 final

“Arsenal” (İngiltərə) - “Bavariya” (Almaniya)

“Atletiko” (İspaniya) - “Borussiya” (Dortmund, Almaniya)

“Real” (İspaniya) - “Mançester Siti” (İngiltərə)

PSJ (Fransa) - “Barselona” (İspaniya)


Yarımfinal

“Atletiko” - “Borussiya” cütünün qalibi / PSJ - “Barselona” cütünün qalibi

“Arsenal” - “Bavariya” cütünün qalibi / “Real” - “Mançester Siti” cütünün qalibi