Cüdoçularımız "Böyük Dəbilqə"yə uğursuz başlayıblar: Yalnız 2 medal
Bakıda cüdo üzrə "Böyük Dəbilqə" yarışı start götürüb.
Mediasport.az xəbər verir ki, ilk gündə Azərbaycanın 15 idmançısı mübarizə aparıb.
Komandamız uğursuz çıxış edib, yalnız 2 cüdoçumuz medal qazana bilib.
60 kq çəkidə Balabəy Ağayev və 66 kq çəkidə Yaşar Nəcəfov üçüncü yeri qazanıblar.
Ağayev və Nəcəfovdan başqa, ilk yarış günündə Leyla Əliyeva (48 kq), Könül Əliyeva (48 kq), Ramilə Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq), Aydan Vəliyeva (52 kq), Xədicə Qədəşova (52 kq), Fidan Əlizadə (57 kq), Açelya Toprak (57 kq), Turan Bayramov (60 kq), Əhməd Yusifov (60 kq), Nazir Talıbov (60 kq), Kamran Süleymanov (66 kq), Rəşad Yelkiyev (66 kq) və İslam Rəhimov (66 kq) da tatami üzərinə çıxıblar.
Qeyd edək ki, fevralın 18-dək davam edəcək turnirdə Azərbaycan 32 cüdoçu ilə təmsil olunur.