Cüdo üzrə milli komandamız Çexiyadakı toplanışı başa vurub
Yeniyetmə qız cüdoçulardan ibarət Azərbaycan milli komandası Çexiyadakı beynəlxalq təlim-məşq toplanışını yekunlaşdırıb.
Mediasport.az xəbər verir ki, hazırlıq prosesində 12 idmançı yer alıb.
Teplitsedə təşkil olunan təlim-məşq toplanışı mayın 4-5-də Göygöldə keçiriləcək Avropa Kubokuna, həmçinin iyun və avqust aylarında baş tutacaq Avropa və dünya çempionatlarına hazılıq məqsədi daşıyıb.