Azərbaycan millisinin daha bir üzvü BƏƏ-də dünya çempionu oldu!

Azərbaycan millisinin daha bir üzvü BƏƏ-də dünya çempionu oldu!

Azərbaycanın cüdo millisi Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən dünya çempionatında daha bir qızıl medal qazanıb.

Mediasport.az xəbər verir ki, 100 kq çəki dərəcəsində yarışan Zelim Kotsoyev bütün rəqiblərinə qalib gələrək dünya çempionu oldu.

Yarışdakı son təmsilçimiz finaladək müvafiq olaraq Yunq-Hun Vonq (Cənubi Koreya), Peter Palçik (İsrail), Nikoloz Şerazadişvili (İspaniya) və Jorj Fonsekanı (Portuqaliya) məğlub edib.

İdmançımız qızıl medal döyüşündə kanadalı Şadi El Nahasdan da üstün olaraq fəxri kürsünün ən yüksək pilləsinə çıxıb.

Xatırladaq ki, bu DÇ-də indiyədək milli üzvlərindən yalnız Hidayət Heydərov (73 kq) medal qazanmışdı. 4-qat Avropa çempionumuz dünya çempionu tituluna yiyələnib.

Azərbaycan yarışda 11 cüdoçu ilə təmsil olunub.

Digər təmsilçilərimiz - 48 kq-da Leyla Əliyeva, 57 kq-da Acelya Toprak, 60 kq-da Balabəy Ağayev, Turan Bayramov, 66 kq-da Yaşar Nəcəfov, Kamran Süleymanov, 81 kq-da Zelim Tçkayev, 90 kq-da Elcan Hacıyev və Vüqar Talıbov ümidləri doğrultmayıblar.

Mundiala mayın 24-də yekun vurulacaq.