Argentina 6, Kolumbiya və Braziliya isə 4 cavabsız qolla qələbə qazandı

Argentina 6, Kolumbiya və Braziliya isə 4 cavabsız qolla qələbə qazandı

2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının Cənubi Amerika zonası üzrə seçmə mərhələsində 10-cu turun matçları keçirilir.

Mediasport.az xəbər verir ki, birinci oyun günündə 5 qarşılaşma baş tutub.

Son dünya çempionu Argentina Boliviyanı, Braziliya Perunu, Kolumbiya Çilini məğlub edib.

Paraqvay Venesuelanı üstələyib. Uruqvay Ekvadorla bacarmayıb.

DÇ-2026 - Cənubi Amerika üzrə seçmələr. 10-cu tur

Kolumbiya - Çili 4:0

Paraqvay - Venesuela 2:1

Uruqvay - Ekvador 0:0

Argentina - Boliviya 6:0

Braziliya - Peru 4:0