Dünya Kuboku: Milli komandanın beş üzvü qızıl medal qazandı
Azərbaycan Savat Milli Komandası Avstriyanın Veyz şəhərində Dünya Kubokunda iştirak edib.
Mediasport.az xəbər verir ki, assault növü üzrə kadetlər arasında Ağamirzə Mahmudbəyli (30 kq), gənclər arasında Yasin İbrahimov (56 kq), Nicat Məhəmmədli (60 kq) və Əli Bəylərzadə (75 kq) qızıl medal qazanıblar.
Böyüklər arasında Tutu İsmayılova (48 kq) gümüş, Həsən Əliyev (65 kq) bürünc medala sahib olublar. Prokombat növü üzrə Nicat Məhəmmədli (60 kq) qızıl medala layiq görülüb.