Azərbaycanlı döyüşçü qızıl medal və kəmərin sahibi olub

Azərbaycanlı döyüşçü qızıl medal və kəmərin sahibi olub

İlk dəfə Türkiyənin Muş vilayətinin Bulanıq bölgəsində muay-tay üzrə peşəkar döyüş gecəsi təşkil olunub.

Mediasport.az xəbər verir ki, "Muaythaı Figh Night" adlı idman tədbirində Azərbaycan və İrandan olan idmançılar da mübarizə aparıblar.

Naxçıvan Kikboksinq Federasiyasının məşqçisi Namiq Musayevin rəhbərliyi ilə muxtar respublikadan 4 idmançı yarışa qatılıb.

Onlardan yalnız biri - 63,5 kq çəki dərəcəsində çıxış edən Hüseyn Həsənov türkiyəli Ufuk Bakırhanla görüşü qalibiyyətlə tamamlayıb və qızıl medala, kəmərə sahib çıxıb.

Digər idmançılarımız gümüş medalla təltif olunublar.