Güləşçilərimizi olimpiadada digərləri əvəz edə bilərlər - SİYAHI

Güləşçilərimizi olimpiadada digərləri əvəz edə bilərlər - SİYAHI

Dünya Güləş Birliyi (UWW) Paris-2024 Yay Olimpiya Oyunlarına ən çox lisenziya qazanmış güləşçilərin ölkələr üzrə siyahısını açıqlayıb.

Azərbaycan sıralamada 3-cü pillədə qərarlaşıb.

Ümumilikdə 12 güləşçimizin vəsiqə əldə etdiyi 4-illiyin zirvə yarışında ölkəmiz lisenziya sayında yalnız ABŞ və Yaponiyadan geri qalır.

Fransa paytaxtında ABŞ 15, Asiya ölkəsi isə 13 güləşçi ilə təmsil olunacaq.

Millimiz Türkiyə, İran, Çin kimi güləş ölkələrini geridə qoyub.

Xüsusi qeyd edək ki, güləşdə olimpiya lisenziyası idmançıya yox, ölkəyə verilir.

Yəni, zədə və ya digər səbəblərdən idmançı olimpiadaya yollana bilməzsə, qazanılmış çəkilərdə başqa güləşçilər şans əldə edəcəklər.


Azərbaycanın "Paris-2024"ə lisenziya qazanan güləşçiləri


Sərbəst güləş 

57 kq Əliabbas Rzazadə

65 kq Hacı Əliyev 

74 kq Turan Bayramov 

86 kq Osman Nurmaqomedov 

97 kq Maqomedxan Maqomedov 

125 kq Giorgi Meşvildişvili 


Yunan-Roma güləşi

60 kq Murad Məmmədov 

67 kq Həsrət Cəfərov 

77 kq Sənan Süleymanov 

87 kq Rafiq Hüseynov 

130 Sabah Şəriəti 


Qadın güləşi

50 kq Mariya Stadnik


Mediasport.az