Azərbaycan taekvondoçularından Paris-2024-ə ilk vəsiqəni o qazanıb

Azərbaycan taekvondoçularından Paris-2024-ə ilk vəsiqəni o qazanıb

Taekvondo üzrə Azərbaycan milli komandasının üzvü Qaşım Maqomedov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Mediasport.az xəbər verir ki, o, Çində baş tutan "Böyük Dəbilqə"nin Çempionlar Seriyasında bunu bacarıb.

Təsnifat mərhələsini birinci bitirən Qaşım yenə də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Maqomedov 1/4 finalda Qran-prinin son iranlı qalibini məğlub edərək yarımfinala yüksəlib.

Milli üzvü çinli həmkarı üzərində qələbə qazanmaqla həm qızıl medala yiyələnib, həm də Olimpiadaya lisenziyaya sahib olub.

Bu, taekvondo yığmamızın Paris-2024 Yay Olimpiya Oyunlarına ilk vəsiqəsidir.