Konfrans Liqası: Əliyar Ağayev Mahirin komandasını idarə edəcək
Bu gün Avropa Konfrans Liqasında da 1/8 final mərhələsinin ilk oyunları start götürəcək.
Mediasport.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin heyətində olduğu "Dinamo" Xorvatiyada PAOK-u qəbul edəcək.
27 yaşlı forvard bir müddətdir zədədən əziyyət çəkdiyi və yeni sağaldığı üçün matçı kənardan izləyəcək.
Görüşün hakimlər briqadası Əliyar Ağayevin rəhbərliyində azərbaycanlı FİFA referiləri olacaqlar.
Türkiyənin faktiki avrokubolarda yeganə təmsilçisi "Fənərbağça" Belçikada meydana çıxacaq.
Avropa Konfrans Liqası. 1/8 final. İlk oyunlar
21:45 "Ayaks" (Niderland) - "Aston Villa" (İngiltərə)
21:45 "Molde" (Norveç) - "Brügge" (Belçika)
21:45 "Olimpiakos" (Yunanıstan) - "Makkabi" (Təl-Əviv, İsrail)
21:45 "Şturm" (Avstriya) - "Lill" (Fransa)
00:00 "Dinamo" (Zaqreb, Xorvatiya) - PAOK (Yunanıstan)
00:00 "Makkabi" (Hayfa, İsrail) - "Fiorentina" (İtaliya)
00:00 "Yunion" (Belçika) - "Fənərbağça" (Türkiyə)
00:00 "Servette" (İsveçrə) - "Viktoriya" (Çexiya)