AFFA kənar şəxslərə görə "Qarabağ"ı cərimələyib
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Mediasport.az xəbər verir ki, toplantıda ölkə kubokunun yarımfinal görüşlərində yol verilən qayda pozuntuları hüquqi qiymətini alıb.
İK "Qarabağ"ı cərimələyib. Buna Azərbaycan “Neftçi” ilə cavab oyunundan sonra meydana kənar şəxslərin çıxması səbəb olub.
Ağdam klubunu 800 manat cərimə ödəyəcək.