Konfrans Liqasında həftənin ən yaxşı futbolçusu oldu

Konfrans Liqasında həftənin ən yaxşı futbolçusu oldu

Konfrans Liqasında qrup mərhələsinin 6-cı turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

mediasport.az xəbər verir ki, “Vest Hem”in yarımmüdafiəçisi Pablo Fornals bütün rəqiblərini geridə qoyub.

26 yaşlı ispan qrup mərhələsinin sonuncu turu çərçivəsində Rumıniyanın “Styaua” komandasına 3:0 hesabıyla qalib gəldikləri oyunda dublla yadda qalıb.

O, həftənin ən yaxşı oyunçusu adına namizəd olan Aleksandr Çavriç (“Slovan”, Slovakiya), Rikardo Saponara (“Fiorentina”, İtaliya) və Mixal Skoraşı (“Lex”, Polşa) qabaqlayıb.