"Bu, Azərbaycan üçün sevindirici və böyük uğurdur" - Baş katib
"Noyabrın 27-dən təşkil edilən kursda 18 məşqçi iştirak edir. Onlar müxtəlif rayonlardandır. Sevindirici haldır ki, velosiped idmanımız artıq rayonlarda da inkişaf edir. Ən qısa zamanda yeni gələn idmançılarımızı görmək ümidi ilə yaşayırıq".
Mediasport.az xəbər verir ki, bunu Azərbaycan Velosiped Federasiyasının baş katibi Elnarə Musayeva jurnalistlərə açıqlamasında deyib.
“Məşqçilərimizin təcrübələri yüksək səviyyədədir. Ümid edirəm ki, iştirakçılar imtahandan keçəcək və hər kəs sertifikat alacaq. Bu, Azərbaycan üçün sevindirici və böyük uğurdur. Kursların doğma dilimizdə keçirilməsi böyük üstünlükdür. Ümidvaram ki, bu, bizim son kursumuz deyil. Gələcəkdə belə kurslar tez-tez təşkil olunacaq. Sevindirici haldır ki, bizim velosiped mütəxəssisləri gündən-günə artır”, - deyə baş katib qeyd edib.