Qurbanlı yayda "Yurqorden"dən ayrılacaq - RƏSMİ AÇIQLAMA
"Musa Qurbanlının "Yurqorden"də heyətdən tam kənarda qalması məhz futbol məsələləriylə bağlı deyil. Məncə, problemin oyunçunun səviyyəsiylə əlaqəsi yoxdu"
Mediasport.az xəbər verir ki, bunu "Futbol+" qəzetinə açıqlamasında tanınmış menecer Tural Əsgərov deyib.
Son 3 matçda, ümumiyyətlə, adı iştirak ərizəsinə salınmayan Musa Qurbanlının Skandinaviya klubuna keçidini təşkil etmiş tanınmış agent ortada başqa səbəblərin olduğunu və forvardın yayda komandadan ayrılacağını bildirib:
"Səbəb nədi? Bu, bizə də maraqlıdı. Heç özümüz də bu suala cavab tapa bilmirik. Ümumiyyətlə, Musa futbolda nadir hallarda yaşanan hadisənin mərkəzindədi.
Klub pul verib aldığı, israrla istədiyi oyunçunu tam heyətdən kənarda qoyur, heç bir şans vermir. Belə hala çox təəccüblənirik. Çalışırıq ki, səbəbləri araşdıraq.
Görünür, problem elə şeydi ki, bunu bizə açıq-aşkar demək istəmirlər. İnşallah, Musa iyunda “Yurqorden”dən ayrılacaq və başqa təkliflər dəyərləndiriləcək".
Qeyd edək ki, ötən yay İsveç klubu ilə 3 illik müqavilə bağlamış 21 yaşlı hücumçu 18 oyuna 3 qol vurub.