İsgəndərli İrəvandan "sülh"lə qayıtdı, "Sabah" və "Neftçi"nin potensial rəqibləri oynadılar - Konfrans Liqası

İsgəndərli İrəvandan "sülh"lə qayıtdı, "Sabah" və "Neftçi"nin potensial rəqibləri oynadılar - Konfrans Liqası

Futbol üzrə UEFA Konfrans Liqasında I təsnifat mərhələsinin ilk matçlarına yekun vurulub.

MediaSport.az xəbər verir ki, ikinci oyun günündə 29 qarşılaşma baş tutub.

Azərbaycanlı azarkeşlərin böyük maraqla gözlədiyi "Ararat-Armeniya" - "Eqnatiya" qarşılaşması İrəvanda keçirilib. Futbolçumuz Vüsal İsgəndərlinin formasını geyindiyi Albaniya klubu İrəvandan 1:1 hesablı bərabərliklə ayrılıb. Vüsal görüşün 59-cu dəqiqəsində oyuna daxil olmaqla 1987-ci ildən bu yana - geridə qalan 36 ildə Ermənistanda meydana çıxmış ilk azərbaycanlı futbolçu kimi tarixə düşüb.

Azərbaycan klublarından "Sabah"ın potensial rəqiblərindən olacaq Şimali Makedoniyanın "Makedoniya" komandası doğma meydanda Latviyanın RFŞ klubuna uduzub - 0:1.

"Neftçi" ilə qarşılaşmaq imkanı olan Bosniya təmsilçisi "Jelezniçar" və Minsk "Dinamo"sunun ilk duelində qalib müəyyənləşməyib - 2:2.


Konfrans Liqası. I təsnifat mərhələsi. İlk oyunlar


Ararat (Ermənistan) - Eqnatiya (Albaniya) 1:1

Eskaldes (Andorra) - Vikinqur (Farer adaları) 2:1

Pünik (Ermənistan) - Narva (Estoniya) 2:0

Tobol (Qazaxıstan) - Honka (Finlandiya) 2:1

Makedoniya (Makedoniya) - RFŞ (Latviya) 0:1

Jilina (Slovakiya) - Levadiya (Estoniya) 2:1

Panevezis (Litva) - Milsami (Moldova) 2:2

Haka (Finlandiya) - Krusaders (Şimali İrlandiya) 2:2

Meqpays (Cəbəllütariq) - Dandalk (İrlandiya) 0:0

Alaşkert (Ermənistan) - Arsenal (Monteneqro) 1:1

Domjale (Sloveniya) - Balzan (Malta) 1:4

Dukaqçini (Kosovo) - Avropa (Cəbəllütariq) 2:1

Qzira Yunayted (Malta) - Qlentoran (Şimali İrlandiya) 2:2

Hegelmann (Litva) - Şkupi (Şimali Makedoniya) 0:5

Riqa (Latviya) - Vikinqur (İslandiya) 2:0

Torpedo (Gürcüstan) - Sarayevo (Bosniya və Herseqovina) 2:2

DAK (Slovakiya) - Dila (Gürcüstan) 2:1

Niederkorn (Lüksemburq) - Qjilani (Kosovo) 2:2

Penibont (Uels) - Santa Koloma (Andorra) 1:1

Torşavn (Farer adaları) - Derri Siti (Şimali İrlandiya) 0:0

Akureyri (İslandiya) - Konnah (Uels) 2:0

Tirana (Albaniya) - Dinamo (Batumi, Gürcüstan) 1:1

Şkendiya (Şimali Makedoniya) - Haverford (Uels) 1:0

Vaduts (Lixtenşteyn) - Neman (Belarus) 1:2

Sutyeska (Monteneqro) - Kosmos (San Marino) 1:0

Jelezniçar (Bosniya və Herseqovina) - Dinamo (Minsk, Belarus) 2:2

La Fiorita (San Marino) - Zimbru (Moldova) 1:1

Linfild (Şimali İrlandiya) - Vlajniya (Albaniya) 3:1

Maribor (Sloveniya) - Birkirkara (Malta) 1:1