Azərbaycan yığmasının üzvü Macarıstanda bürünc medalçı oldu

Azərbaycan yığmasının üzvü Macarıstanda bürünc medalçı oldu

Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Marqarita Stepanenko Macarıstan birinciliyində bürünc medal qazanıb.

Mediasport.az xəbər verir ki, hücumçunun “Bekeşçaba” üçüncülük uğrunda “Elöre” klubu ilə qarşılaşıb.

Tayb-brekə qədər uzanan görüş Marqaritanın komandasının 3:2 hesablı qələbəsilə yekunlaşıb.