Azərbaycan çempionuna medal və 12 min manat pul mükafatı verilib

Azərbaycan çempionuna medal və 12 min manat pul mükafatı verilib

Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yer tutan iti zəka sahibləri mükafatlandırılıblar.

Mediasport.az xəbər verir ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında baş tutan tədbirdə ilk "5-lik"də qərarlaşan şahmatçılar mükafat alıblar.

Karyerasında ilk dəfə Azərbaycan çempionu olan Aydın Süleymanlıya medal və 12 min manat pul mükafatı verilib.

Mükafatları Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, eləcə də vitse-prezident Faiq Həsənov təqdim ediblər.

Qeyd edək ki, Aydın Süleymanlı finalda Məhəmməd Muradlıya qalib gəlib.

3-cü yer uğrunda görüşdə Xəzər Babazadəni məğlub edən Vüqar Rəsulov isə bürünc medala sahib çıxıb.

İlk üç yerin sahibi şəxsi Avropa çempionatında iştirak edəcək.