Avropada bütün braziliyalıları qabaqlayan bombardir - JUNİNYO

Avropada bütün braziliyalıları qabaqlayan bombardir - JUNİNYO

“Qarabağ”ın hücumçusu Olavio Juninyo unikal göstərici ilə diqqət çəkib.

Mediasport.az xəbər verir ki, 27 yaşlı forvard bu mövsüm Avropa qitəsində çıxış edən braziliyalı hücumçular arasında hamıdan öndə gedir.

"Sambaçı" Azərbaycan Premyer Liqasında 30 matçda vurduğu 17 qolla Avropada oynayan bütün qoleador həmyerlilərini qabaqlayır.

Cənubi amerikalı planetdə yalnız 4 braziliyalıdan geri qalır ki, onlar da digər qitələrdə forma geyinirlər.

Yalnız İndoneziyanın “Persib” klubundan David da Silva  (26 qol), Nikaraquanın "Manaqua" klubundan Lukas dos Santuş (22 qol), İndoneziyanin "Deva" klubundan Aleks (21 qol) və Qətərin "Əl-Rayyan" klubundan Rocer Gedeş (18 qol) Olaviodan öndədir.

"Köhnə qitə"də Juninyoya yaxın bombardir "Neftçi"nin sabiq üzvü - aktivində 16 qol olan Serbiyanın “Partizan” klubunun üzvü Mateus Saldanyadır.