56 yaşlı Azərbaycan çempionu futbolçu karyerasını bərpa edib
Azərbaycan çempionu və liqanın bombardiri olmuş Rövşən Əhmədov 56 yaşında futbolçu karyerasını bərpa edib.
Mediasport.az xəbər verir ki, futbolçu kimi bu uğurları "Kəpəz"də qazanmış qocaman Əhmədov özünü Region Liqasında yarışan veteranlar komandasında sınamaq qərarına gəlib.
O, liqada çıxış edən "VT Gəncə” komandasının oynayan-məşqçisidir.
Şimal-Qərb və Zərb zonasında mübarizə aparan gəncəlilər son turda "Şəki” ilə qarşılaşıblar.
Əhmədov 1:1 hesabı ilə başa çatan matçda meydana start heyətində çıxıb.
Qeyd edək ki, sabiq forvard "Kəpəz"lə Azərbaycan Kubokunu da qazanıb.